“Gürcü Arzusu”nun sədri İrakli Qaribaşvili partiyanı tərk edir. Qaribaşvili bu barədə partiyanın ofisində keçirdiyi brifinqdə məlumat verib.
“Bu gün siyasətdən getmək qərarımla bağlı məlumat vermək istəyirəm. Son bir neçə həftədir ki, gələcək siyasi fəaliyyətimlə bağlı spekulyasiyalar səngimir. Buna görə də mən özümü ictimaiyyət qarşısında mövcud suallara hərtərəfli cavab verməyə borclu hesab edirəm. İndiyə qədər siyasi həyatımda atdığım hər bir addım konkret məqsədə – ölkəmizə, xalqımıza xidmət etmək, dövlətimizi gücləndirmək, bu motivasiyanın əsas motivi kimi formalaşıb. Hər zaman vətənə qarşı məhəbbətim olub və buna görə də mənim səmimi və güclü istəyim ölkəmizin möhkəmlənməsində bir kərpicin də məndən olması idi”,- deyə İrakli Qaribaşvili bildirib.