This is a specific ad

“Gürcü Arzusu” nun nümayəndəsi David Şerazadişvili Çalka bələdiyyəsində sakinlərlə görüşüb

399

Another advertisement

“Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının Bolnisi, Dmanisi, Tetritskaro və Çalka təmsilçisi Davit Şerazadişvili Çalka bələdiyyəsinin Arsrevani, Kodaklari, Xareba, Axalşeni, Beştaşeni, Koxta, Çolyani, Tecisi kəndlərinin sakinləri ilə görüşüb.

QafqazTürk Media xəbər verir ki, bu barədə “Gürcü arzusu” məlumat yayıb.

Məlumatda qeyd olunub ki, nümayəndə diqqəti gələcək planlara yönəldib.

Onun sözlərinə görə, Çalka sakinlərinin hazırkı əhval-ruhiyyəsi ona deməyə imkan verir ki, onlar birlikdə 26 oktyabr seçkilərində qalib gələcək və ölkənin inkişafını sülh şəraitində davam etdirəcəklər.

“Çalka müxtəlif təbiəti və əhalisi ilə seçilir ki, bu da bu ərazinin unikallığının əsas xüsusiyyətidir. Son illər burada bir sıra mühüm layihələr həyata keçirilib və yerli əhalinin maraqları gələcəkdə də qorunmaqda davam edəcək”, – deyə Davit Şerazadişvili bildirib.

Görüşdə Kvemo Kartli qubernatoru -Qiorqi Doxturişvili, Çalka bələdiyyəsinin meri – İliya Sabadze və şuranın sədri İrakli Qiqineişvili də iştirak ediblər.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Gürcüstan bu ölkədə daha genişmiqyaslı turizm tədbirləri keçirməyi planlaşdırır
Öncəki yazı
Bu film “Oskar” mükafatı üçün mübarizə aparacaq