“Gürcü Arzusu” Elmlər Akademiyasına yalnız maaşlar üçün ayırdığı BÜDCƏ

59

“Gürcü Arzusu” Elmlər Akademiyasına yalnız maaşlar üçün əlavə 186 min ları ayırıb.

QafqazTürk xəbər verir ki,  bu barədə məlumatı “Flangvi Detektoru” yayıb.

Təşkilatın bildirdiyinə görə, akademiyanın büdcəsi son illərdə 1 milyondan çox artıb. 2023-cü ildə 4,6 milyon lari olan büdcə 2025-ci ildə 5,8 milyon larıya çatıb ki, bunun da təxminən yarısı əmək haqlarına sərf olunur.

Xatırladaq ki, Qanuna əsasən, akademiklər üçün Gürcüstanda minimum maaş 2 000 lari, müxbir üzvlər və stajçıların maaşı isə ayda 1 250 lari müəyyən edilib.

Qeyd edək ki, 2020-ci ildə Elmlər Akademiyası Facebook üzərindən Bziniya İvanşviliyə akademik kimi doğum günü münasibətilə təbrik göndərmişdi.

Kateqoriya: Cəmiyyət, Siyasət
Sonrakı yazı
Marneuli-Tbilisi yolunda qəza baş verib
Öncəki yazı
Kobaxidze: “Gürcüstanı Şarm əl-Şeyxdəki sülh sammitinə dəvət etmədilər, çünki müharibə aparmadıq”