This is a specific ad

“Gürcü arzusu” Avropa Şurası Parlament Assambleyasında fəaliyyətini dayandırır

32

Another advertisement

“Bu gündən biz Parlament Assambleyasında işi dayandıracağıq”, – “Gürcü Arzusu”nun üzvü Tea Çulukiani Avropa Şurası Parlament Assambleyasının Gürcüstanla bağlı qətnamə qəbul etməsindən sonra bildirib.

Çulukianinin açıqlamasına görə, sənəddəki bir sıra qeyd-şərtlər ədalətsiz və əsassız olduğu üçün qəbuledilməzdir.

“Bir neçə gündür ki, Avropa Şurası Parlament Assambleyasında parlament nümayəndə heyətimizin mandatının təsdiq edilib-edilməməsi ilə bağlı müzakirələr gedir. Bir çox insanlar, ilk növbədə bizim anti-dövlətçi müxalifət və qeyri-hökumət təşkilatlarının bir hissəsi Gürcüstanın yeni parlamentinin nümayəndə heyətinin səlahiyyətlərinin tanınmasına qarşı mübarizə aparıblar.

Bu plan əvvəlcə komitənin dinləmələrində, sonra isə plenar iclasda iflasa uğradı və burada 306 üzvdən ibarət Assambleyanın yalnız 43 üzvü Gürcüstan nümayəndə heyətinə etimadnaməsinin verilməməsi üçün səs verdi.

Müvafiq olaraq, bir neçə dəqiqə əvvəl Gürcüstanın yeni parlamentinin nümayəndə heyətinin səlahiyyətləri yekun səsverməyə çıxarılıb və elan edilib.

Bununla belə, səlahiyyətin tanınması sənədi qeyd-şərtlərlə müşayiət olunur. Bir çox qeyd-şərtlər bizim üçün qəbuledilməzdir, çünki onlar ədalətsiz və əsassızdır. Bundan başqa, bu Assambleyanın səlahiyyətlərindən kənara çıxan, ölkəmizin suverenliyinə qəsd edən, 1 milyon 120 mindən çox seçicinin iradəsinə və faktlarına məhəl qoymayan birinci qeyd-şərt qəti şəkildə qəbuledilməzdir. Bizim bu qeyd-şərti qəbul etməyimiz seçicilərimizə və deməli, cəmiyyətimizin böyük əksəriyyətinə xəyanət etmək demək olardı.

Bütün yuxarıda deyilənlərə əsaslanaraq, biz Gürcüstan parlamentinin Strasburq və Tbilisidəki nümayəndə heyətinin üzvləri müzakirə etdik və “Gürcü arzusu” komandasının birgə qərarı ilə mandatımızın təsdiq olunmasına baxmayaraq, bu gündən Parlament Assambleyasında işimizi dayandırırıq.  Hesab edirik ki, gürcü xalqının seçdiyi hakimiyyətə qarşı tamamilə ədalətsiz və əsassız şantaj davam etdikcə, sübut və faktlara əhəmiyyət verilmir, müzakirələr qərəzli xarakter daşıyır və ölkəmizin əhalisinə, xalqına qarşı təhqiramiz münasibəti ilə seçilir buna görə də parlament nümayəndə heyətimizin Assambleyada iştirakının heç bir mənası və əsası yoxdur.

Gürcüstan təbii ki, bir dövlət kimi Avropa Şurasının üzvü olaraq qalır. Parlament nümayəndə heyətimizin üzvləri isə yalnız Gürcüstan dövlətinə və xalqına qarşı ədalətsiz münasibət dəyişdikdən, şantajlara son qoyulandan, hər bir rəsmi və qeyri-rəsmi qərar qəbul edən şəxs, eləcə də onların arxasında duran qüvvələr tam şəkildə sonradan Parlament Assambleyasında iştiraklarını bərpa edəcəklər. Bu cür təzyiqlər Gürcüstan üçün zərərlidir və onun əhalisinin seçdiyi hökuməti heç bir anti-gürcü addım atmağa məcbur etməyəcək”, – Çulukiani bildirib.

Kateqoriya: Dünya, Gündəm, Siyasət
Sonrakı yazı
როგორი ამინდი იქნება უახლოეს დღეებში – გარემოს ეროვნული სააგენტოს პროგნოზი
Öncəki yazı
Donald Tramp Akt imzalayıb