Meksikanın mərkəzi və şərq bölgələrində baş verən güclü yağışlar nəticəsində ən azı 42 nəfər həlak olub, təxminən 30 nəfər isə itkin düşmüş hesab olunur.
Meksikanın Milli Mülki Müdafiə Koordinasiya Xidməti (CNPC) məlumat verir ki, təbii fəlakət xüsusilə Verakrus, Puebla, İdalqo, Querétaro və San Luis Potosi ştatlarını zədələyib. Minlərlə sakin elektriksiz qalıb.