Another advertisement
Ötən gecə güclü yağış nəticəsində Batumidə bir neçə küçə su altında qalıb.
QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı Batumi meriası yayıb.
Verilən məlumata görə, gecə boyunca meriyanın bütün müvafiq xidmətləri fövqəladə rejimdə işləyib. Meriyanın müvafiq xidmətinin əməkdaşları indiyədək drenaj quyularında və dənizə gedən kanallarda intensiv təmizlik işləri aparırlar. Bu mərhələdə vəziyyət stabildir.