Tkibuli Bələdiyyəsində də problemlər yaranıb – qar örtüyü 1 metri keçib. Yolların təmizlənməsi işləri davamlı olaraq davam etdirilir.
Kutaisi-Terjola yolu açıqdır. İnzibati ərazilərdə mərkəzi yollar da mərhələli şəkildə təmizlənir.
Muxura kəndinə gedən yolun bağlanması sel səbəbindən təmizləmə işlərini mümkünsüz edir. Əhalinin bir hissəsi işıqsız qalıb, bərpa işləri aparılır Bələdiyyənin məktəb və uşaq bağçalarında tədris prosesi dayandırılıb.
“Qar örtüyünün hündürlüyü artıq 1,20 metri keçib. Hazırda meriyanın müvafiq şöbələri tərəfindən intensiv iş aparılır, 12 texnika bütün bələdiyyə ərazisində təmizlik işlərinə cəlb olunub. Həm magistralların, həm də daxili rayon və kənd yollarının təmizlənməsi prosesi davam edir”, – deyə Tkibuli Bələdiyyəsinin meri David Çerkezvili bildirib.