Lançxuti bələdiyyəsinin meri Aleksandr Sarişvili bildirib ki, güclü qar yağması səbəbindən şəhərdə vəziyyət çətinləşib. O, əlavə texnikanın səfərbər olunduğunu, əhalinin təxliyə oluna biləcəyini deyib.
“Güclü qar yağdığından Lançxuti bələdiyyəsində vəziyyət çətinləşib və hələ də dayanmadan qar yağır. Biz artıq əlavə texnikanı səfərbər etmişik və indi müxtəlif istiqamətlərdə hərəkət edirik ki, insanları mümkün qədər təxliyə edək və ya əhaliyə çatmaq üçün yollar çəkək.
Bir neçə inzibati əraziyə, o cümlədən: Chochkhati, Ghrmaghele və Atsana inzibati vahidlərinə elektrik enerjisi verilmir. Biz artıq əhalinin müəyyən hissəsini təxliyə etmişik – onların bəziləri otellərə, bəziləri isə qohumlarının yanına yerləşdirilib.
Hazırkı məlumata görə, qırxa yaxın ev dağılıb. Yaşayış binalarına ziyan dəysə də, xəsarət alanlar barədə hələ ki, məlumatımız yoxdur”, – Lançxuti rəsmisi bildirib.