This is a specific ad

Güclü külək Kaxetinin bir neçə bələdiyyəsində problemlər yaradıb

25

Another advertisement

Güclü külək Kaxetinin bir neçə bələdiyyəsində problemlər yaradıb.

QafqazTürk.com xəbər verir ki, Laqodexi-Kvareli və Laqodexi-Qurcaani istiqamətində çoxillik ağaclar kökündən aşıb, bu səbəbdən avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Dedopliscğaro bələdiyyəsində də oxşar problemlər yaranıb.
Güclü külək səbəbindən Viktura kəndində ağaclar mərkəzi yola aşıb, nəqliyyatın hərəkəti çətinləşib.

Əlverişsiz hava şəraiti nəticəsində Telavi bələdiyyəsi də zərər çəkib.
Son bir neçə ildə uşaq bağçasının fəaliyyət göstərdiyi Vardisubani kəndindəki Mədəniyyət evinin dam örtüyü qismən zədələnib.

Külək Telavidə, Qafqaz küçəsində, Cinandali kəndində və Qurcaaninin mərkəzində Yeni il yolkalarını da uçurub.

Güclü külək və kəskin hava şəraiti regionda elektrik xətlərini sıradan çıxarıb, əhalinin bir hissəsini işıqsız qoyub.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
ძლიერმა ქარმა კახეთის რამდენიმე მუნიციპალიტეტში პრობლემები შექმნა
Öncəki yazı
2023-cü ilin ən yaxşı gənc futbolçusu bəlli olub