Another advertisement
Böyük Britaniya və İrlandiyada güclü külək və yağış infrastruktura ziyan vurduğu üçün iki nəfər ölüb, yüz minlərlə insan işıqsız qalıb. Ağaclar kökündən çıxıb.
Pis hava şəraiti nəticəsində ölən bir kişinin 50 yaşlarında olduğu bildirilir. O, Mançesterdən təqribən 58 kilometr şimalda, Preston şossesi ilə hərəkətdə olarkən avtomobilinin üzərinə ağac aşıb.
Fırtınanın digər qurbanı da kişidir. İlk hadisə kimi o, maşın sürərkən kökündən qopan ağac yıxılıb. Hadisə Birmingemdə baş verib.
Şimali İrlandiya, Uels və İngiltərənin qərbində minlərlə müştəri elektriksiz qalıb. Güclü külək səbəbindən əsas avtomobil yolları və körpülər bağlanıb, bir sıra dəmir yolu reysləri dayandırılıb. Dublin hava limanında bəzi reyslər ləğv edilib.