”Güclü Gürcüstan – Lelo”  qəbul edilmiş qanunlarla bağlı  Konstitusiya Məhkəməsinə müraciət edəcək

76

”Güclü Gürcüstan – Lelo”  qəbul edilmiş qanunlarla bağlı  Konstitusiya Məhkəməsinə müraciət edəcək, daha sonra isə Avropa İnsan Hüquqları Məhkəməsinə də iddia təqdim olunacaq – bunu İrakli Kupradze brifinqdə bildirib.

“Bizim, “Güclü Gürcüstan – Lelo” partiyası olaraq Konstitusiya iddiamız hazırdır, yaxın günlərdə (bazar ertəsi) Konstitusiya Məhkəməsinə təqdim edəcəyik, daha sonra isə Strasburqdakı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyik, çünki hesab edirik ki, “Gürcü Arzusu”nun antikonstitusion hərəkətləri ilk növbədə Avropa Konvensiyası ilə müəyyən olunmuş fundamental insan hüquqlarını pozur.

 

Xüsusilə partiyalarla əlaqəli qanun absurd və antidemokratikdir, ona görə ki qadağan olunmuş partiyalarla əlaqəli şəxslərin siyasi fəaliyyətini məhdudlaşdırmağı nəzərdə tutur. Bu isə Gürcüstan Konstitusiyasının 60-cı maddəsinə və beynəlxalq normalara ziddir.

 

Bundan əlavə, təqdim edilmiş dəyişikliklər Konstitusiyaya zidd olaraq Konstitusiya Məhkəməsinin mandatını genişləndirir. Gürcüstan Konstitusiyasının 60-cı maddəsi Konstitusiya Məhkəməsinin səlahiyyətlərini tam şəkildə müəyyən edir və mövcud qanunvericiliklə onun genişləndirilməsini istisna edir. Konstitusiya Məhkəməsinin vətəndaşın siyasi fəaliyyətinə qadağa qoymaq səlahiyyəti yoxdur!

 

Yuxarıda qeyd olunan repressiv dəyişikliklərin qəbulu nəticədə ciddi demokratik pozuntuya gətirib çıxarır, bu isə diktatorial rejimin möhkəmlənməsidir”, – deyə Kupradze bildirib.

 

Xatırladaq ki, qəbul edilmiş qanuna əsasən, Konstitusiya Məhkəməsinə iddia təqdim olunması zamanı, Konstitusiya Məhkəməsi qadağan olunmuş partiya ilə əlaqəli şəxslərə aşağıdakıları qadağan edə bilər:

 

  • Partiya yaratmaq;

 

  • Siyasi partiyanın üzvü olmaq;

 

  • Partiyanın orqanlarının üzvü olmaq;

 

  • Partiyada vəzifə tutmaq;

 

  • Seçkilərdə namizəd olmaq [passiv seçki hüququ];

 

  • Seçilmiş orqanın üzvü və ya seçilmiş vəzifəli şəxs olmaq;

 

  • Siyasi vəzifə tutmaq;

 

  • Konstitusiya orqanının rəhbərliyi.

 

Əgər iddiaçı tələb edərsə, Konstitusiya iddiasının təmin edilməsi həmçinin aşağıdakı nəticələrə səbəb olacaq:

 

  • Qadağan olunmuş partiyanın təqdim etdiyi siyahı ilə seçilmiş parlament üzvünün mandatının dayandırılması;
  • Digər nümayəndə orqanlarının üzvlərinin mandatının dayandırılması;
  • Partiya siyahısından şəxsin çıxarılması.
  • Qeydiyyatdan imtina ediləcək partiyalar, siyahısında siyasi fəaliyyət vəzifələrini icra etməyə qadağa qoyulmuş şəxslər olan partiyalar olacaq.
  • Partiya siyahısına belə şəxsi daxil edən partiyaya cərimə tətbiq olunacaq.

 

Parlament və ya yerli özünüidarəetmə seçkiləri üçün siyahılarda siyasi fəaliyyətinə qadağa qoyulmuş şəxslərin daxil edilməsi qadağan ediləcək. Mərkəzi Seçki Komissiyası belə partiyaları həm parlament, həm də yerli seçkilər üçün qeydiyyatdan keçirməyəcək. Analoji qadağa bələdiyyə başqanı namizədlərinə də şamil ediləcək.

 

“Partiya ilə əlaqəli şəxs” kimdir

 

Qanun layihəsinin təqdimatçısı Arçil Gorduladze bildirib ki, bu şəxslər arasında “Gürcü Arzusu” yalnız müəyyən partiyaların üzvlərini deyil, həmçinin partiyanın məqsədləri ilə əlaqəli olan digər şəxsləri də adlandıra bilər.

 

Konstitusiya Məhkəməsi hər bir şəxs üçün siyasi fəaliyyət qadağasını fərdi qaydada müzakirə edəcək. Rəqabət prinsipi tətbiq olunacaq – bu şəxslər məhkəmədə öz mövqelərini təqdim edə biləcəklər.

 

Müxalif partiyaların qadağan olunması üçün “Gürcü Arzusu” Konstitusiya iddiası hazırlayır. Açıq bəyanatlara görə, iddianın əsasını Tea Çulukianin komissiyasının hesabatı təşkil etməlidir. “Gürcü Arzusu”nun üzvlərinin sözlərinə görə, iddianın mətninin hazırlanması demək olar ki, yekunlaşıb və orada “kollektiv milli hərakatın” ölkə qarşısında törətdiyi “cinayətlər” əsaslandırılmış şəkildə əks olunacaq. Bu kontekstdə 4 oktyabr hadisələrinə də toxunulur.

 

İddianın təqdim edilməsindən sonra Konstitusiya Məhkəməsi müəyyən partiyaların Konstitusiyaya uyğunluğunu və partiya ilə əlaqəli şəxslər üçün siyasi fəaliyyətin qadağan olunmasını müzakirə edəcək.

 

Konstitusiya Məhkəməsinin partiyanı qadağan etmək səlahiyyəti

 

“Vətəndaşların siyasi birləşmələri haqqında” qanunun 36-cı maddəsinə əsasən, Konstitusiya Məhkəməsi aşağıdakı məqsədlərlə fəaliyyət göstərən partiyanı qadağan edə bilər:

 

  • Gürcüstanın konstitusiya quruluşunu devirmək və ya zorakılıqla dəyişdirmək;
  • Dövlət müstəqilliyini pozmaq;
  • Ərazi bütövlüyünü pozmaq;
  • Müharibə və zorakılıq təbliğatı aparmaq;
  • Milli, etnik, dini və sosial nifrəti alovlandırmaq;
  • Silahlı birləşmə yaratmaq və ya yaratmış olmaq.

Yuxarıda qeyd olunan məqsədlərlə partiyanın yaradılması və fəaliyyəti Gürcüstan Konstitusiyası ilə qadağandır (maddə 23).

 

Ancaq 13 mayda “Gürcü Arzusu” qanuna dəyişiklik edib. Dəyişikliyə əsasən Konstitusiya Məhkəməsi həmçinin belə partiyanı qadağan edə bilər:

 

Partiyanın elan olunmuş məqsədi və ya fəaliyyətinin mahiyyəti (o cümlədən şəxsi tərkibi və ya seçki komissiyasına təqdim olunan partiya siyahısındakı tərkibi) konistitusiya məhkəməsi tərəfindən qadağan edilmiş partiyanın elan olunmuş məqsədi və ya fəaliyyətinin mahiyyətini əsaslı şəkildə təkrarlayırsa.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Putin Gürcüstanla sərhədin müəyyənləşdirilməsi məsələləri üzrə yeni nümayəndə təyin edib
Öncəki yazı
Ərdoğan: ABŞ və digər ölkələr İsrailə təzyiq göstərməlidir, Qəzza üçün çoxşaxəli işçi qrup yaradılır