“Güclü Gürcüstan” koalisiyasının liderlərindən biri Aleko Elisaşvili Duşeti təcridxanasına yerləşdirilib.
QafqazTürk Media xəbər verir ki, bu barədə partiyanın mətbuat xidmətindən məlumat verilib.
Verilən məlumata görə, vəkil Elisaşviliyə baş çəkib və onun xəsarət aldığını deyib.
Məlumat üçün bildirək ki, “Güclü Gürcüstan”ın liderlərindən biri Aleko Elisaşvili baryeri keçən 4 müxalifət partiyasının görüşü başa çatan vaxt “Kortiad Marriott”da hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilib.
Məlumat üçün bildirək ki, dekabrın 3-də “Gürcüstan Azərbaycanlıları Milli Konqresinin” sədri Əli Babayev “Güclü Gürcüstan” koalisiyasının liderlərindən biri Aleko Elisaşvili tərəfindən şifahi və fiziki təhqirlərə məruz qaldığını bildirib. Babayevin sözlərinə görə, hadisə dekabrın 2-də, axşam saatlarında Filarmoniyanın yaxınlığında yerləşən apteklərdən birinin yaxınlığında baş verib. Əli Babayevin izahatına görə, hadisə nəticəsində onu klinikaya aparmaq lazım gəlib.