• 19 Fevral 2025 04:39

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

GTU-nun rektoru: “Tələbələr universitetə müraciət edərək dayandırılmış statuslarını bərpa edə bilərlər”

ByNiyazi Yusubov

Sen 15, 2023
Another advertisement

Gürcüstan Texniki Universitetinin rektoru, akademik Davit Qurqenidze Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin statusu dayandırılmış tələbələrin mövcud borclarının silinməsi təşəbbüsünü alqışlayıb və tələbələri universitetə, müvafiq fakültələrə müraciət edərək statuslarını geri almaq üçün müraciət etməyə dəvət edib.

QafqazTürk.com xəbər verir ki, o, Gürcüstan Texniki Universitetində yeni tədris ilinin sentyabrın 25-də başlayacağını bildirib.

Beləliklə, tələbələr universitetə, oxuduqları fakültələrə sənəd vermək və təhsillərini davam etdirmək üçün müraciət etmək imkanı əldə edə biləcəklər.

Əziz gənclər, bu gündən etibarən Gürcüstanın Texniki Universitetinin təhsil aldığınız fakültələrinə müraciət edərək statusunuzu bərpa edə bilərsiniz. Sizə uğurlar arzulayıram”, – deyə Davit Qurqenidze bildirib.

Məlumat üçün bildirək ki, bu gün İrakli Ğaribaşvili statusu dayandırılan tələbələrin borclarından azad ediləcəyini bildirib.