This is a specific ad

Göyərtəsində 300-ə yaxın sərnişin olan təyyarədə yanğın olub

104

Another advertisement

Avstraliyanın Melburn hava limanında Etihad aviaşirkətinə məxsus sərnişin təyyarəsi havaya qalxarkən yanmağa başlayıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı Dailymail yayıb.

Mətbuatın verdiyi məlumata görə, qəza zamanı təyyarənin göyərtəsində 300-ə yaxın sərnişin olub.

Etihad Airways-in EY461 reysi Melburndan Abu Dabiyə uçurdu. İlkin məlumata görə, şassi hissəsində yanğın baş verib, buna görə pilotlar fövqəladə vəziyyətdə uçuşu dayandırıblar.

Qəzadan sonra təyyarədə olan 289 sərnişin hava limanına qaytarılıb.

Aviaşirkətin verdiyi məlumata görə, təyyarənin təkərləri zədələnib, bu səbəbdən onu uçuş-enmə zolağından çıxarmaq mümkün olmayıb.

Yanğın Melburn hava limanında fasilələrə səbəb olub.

Kateqoriya: Dünya
Sonrakı yazı
Əcnəbi ər-arvad hücuma məruz qalıb
Öncəki yazı
Baş verən yanğın 5 uşağın həyatına son qoyub