“Görüşün faydalı olacağını düşünsəm, mən də İstanbula gedəcəyəm”-Tramp

29

ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna görüşü üçün cümə axşamı İstanbula gedə biləcəyini deyib.

“Ora uçmağı düşünürdüm. Görüş zamanı Yaxın Şərqdə haradasa olacam, amma faydalı olacağını düşünsəm ora uçacam”, – Donald Tramp deyib.

O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna və Rusiya prezidentləri Vladimir Zelenski və Vladimir Putin arasında potensial görüş üçün əla ev sahibi olacağını bildirib.

“Düşünürəm ki, bizim yaxşı görüş üçün potensialımız var. Əgər mən təkid etməsəydim, bu görüş baş tutmazdı. Bu, yaxşı nəticələr verə bilər və inanıram ki, hər iki lider orada olacaq”, – ABŞ prezidenti qeyd edib.

Sonrakı yazı
Bu gün Parlamentdə Müvəqqəti İstintaq Komissiyasının növbəti iclası keçiriləcək
Öncəki yazı
Aeroportda vətəndaşın səyahət çantasında külli miqdarda narkotik vasitə aşkar edilib