Giorgi Vaşadze: Oktyabrın 26-dan sonra DTX ləğv ediləcək

259

Another advertisement

 “Oktyabrın 26-dan sonra DTX  ləğv ediləcək- bütün müxalifət partiyalarının DTX və siyasi polisin ləğv edilməsi ilə bağlı imzası var.”

QafqazTürk Media xəbər verir ki, “Birlik Milli Hərəkatının” liderlərindən olan Giorgi Vaşadze Dövlət Təhlükəsizlik Xidməti tərəfindən yayılan məlumatlarla bağlı fikir bildirib.

“Gürcü arzusu”na daha nə ifşa lazımdır? Amerika, Avropa: Almaniya, Fransa, Britaniya – hamı onunla münasibətini kəsib. Budur, daha nələri ortaya qoymalıyam,? İndi uğursuzluğa düçar olub min cür axmaq şeylər uydururlar. Sual verək ki, DTX Gürcüstanda nə edir? Bilirsiniz ki, təkcə biz yox, siz də idarə olunursunuz. Hakimiyyət mediası deyilənlər də onlara nəzarət edirlər, onlar da sizi dinləyirlər, bilirsinizmi ki, sizi dinləyirlər? Bilirsiniz mi ki, nəyi isə başqa cür danışsanız,  kimsə sizi çağıra bilər, niyə belə danışdığınızı soruşar? Oktyabrın 26-dan sonra bu ölkədə DTX  ləğv ediləcək, artıq mövcud olmayacaq. Yalnız əks-kəşfiyyat, kəşfiyyat xidməti, antiterror xidməti olacaq. DTX KQB-nin qalığıdır. Bizim bütün müxalifət partiyalarının bu ölkədə DTX və siyasi polisin ləğvi ilə bağlı  imzası var”,  Giorgi Vaşadze jurnalistlərə bildirib.

O həmçinin qeyd edib ki, 5 nömrənin dəstəyi Avropa İttifaqının zəmanətli dəstəyidir, 41 nömrənin dəstəyi isə bütün tərəfdaşların danışdığı təcrid və bataqlığa doğru gedişdir.

Qeyd edək ki, Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, Gürcüstanda keçiriləcək parlament seçkilərinə bir neçə gün qalmış siyasi dairələrə aid qruplar süni intellekt və digər müasir texnologiyalar vasitəsilə quraşdırılmış səs yazıları və videolar yaymağı planlaşdırır.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Rusiyaya sanksiyalar davam edir
Öncəki yazı
Xeyrindən çox, zərəri olan “Nimesil” – Nə vaxt istifadə olunmamalıdır?