“Georgian Airways” Tel-Əvivə reyslərlə bağlı məlumat yayıb

93

“Georgian Airways” Tel-Əvivə reyslərlə bağlı məlumat yayıb.

Onların sözlərinə görə, iyunun 24-də Tbilisi-Tel-Əviv-Tbilisi istiqamətində nəzərdə tutulan reys təhlükəsizlik səbəbilə ləğv edilib:

,,Sərnişinlərin diqqətinə! Nəzərinizə çatdırırıq ki, Tbilisi-Tel-Əviv-Tbilisi istiqamətində iyunun 24-nə planlaşdırılan reys təhlükəsizlik səbəbilə təxirə salınıb.

 

Artıq bu reysə bilet almış sərnişinlərə biletlərini dəyişdirmək və ya pulunu geri almaq imkanı təklif olunur.

 

Biletlər alış yerində dəyişdirilə və ya geri qaytarıla bilər. “Georgian Airways” aviaşirkəti cədvələ uyğun olaraq, Təl-Əviv istisna olmaqla, digər istiqamətlərə uçuşları fasiləsiz həyata keçirir.

Kateqoriya: Cəmiyyət, Dünya, Gündəm
Sonrakı yazı
“İsrail böyük cinayət törətdi və cəzasını almalıdır”-Xamenei
Öncəki yazı
İsrail İranın hərbi infrastrukturuna hücum edib