Gürcüstanın “Georgian Airways” aviaşirkətinin ilk təyyarəsi dörd illik fasilədən sonra bu gün Tbilisidən Moskvaya uçub.
QafqazTürk xəbər verir ki, bu barədə Rusiya hökumət mətbuatı məlumat yayıb.
Xatırladaq ki, mayın 16-da Rusiya ilə Gürcüstan arasında birbaşa müntəzəm aviareyslər bərpa edilib. Uçuşlar Rusiyanın “Azimut” və “Georgian Airways” aviaşirkətləri tərəfindən həyata keçirilir.
Mayın 19-dan isə Moskvadan ilk birbaşa uçuş həyata keçirilib.
Vladimir Putinin qərarına əsasən, Rusiya aviaşirkətlərinin Gürcüstana uçması ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb və 2019-cu il fərmanı qüvvədən düşüb. Gürcüstan vətəndaşları üçün də viza rejimi ləğv edilib.