Gecə klubunda baş verən yanğında 51 nəfər ölüb

30

BBC-nin ölkənin Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Şimali Makedoniyada gecə klubunda baş verən yanğın nəticəsində 51 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

Onların məlumatına görə, yanğın bu gün səhər saatlarında Köçən şəhərində yerləşən “Pulse” klubunda baş verib.

Məlumata görə, yanğın 1500-ə yaxın insanın iştirak etdiyi konsert zamanı baş verib.

Yerli KİV-in məlumatına görə, yanğına pirotexniki vasitələrdən istifadə səbəb olub.

Kateqoriya: Dünya
Sonrakı yazı
ABŞ-la sülhə hazırıq – Husilər
Öncəki yazı
DİN – İmereti polisi narkotik cinayətlərinə görə 2 nəfəri həbs edib