This is a specific ad

Ğaribaşvili: “Rusiya ötən il Avropa İttifaqından 300 milyard avro alıb, Avropa İttifaqı və ABŞ Rusiya ilə ticarət əlaqələrini kəsməyiblər, Gürcüstan niyə istisna olmalıdır?”

26

Another advertisement

“Rusiya ötən il Avropa İttifaqından 300 milyard avro alıb, Avropa İttifaqı və ABŞ Rusiya ilə ticarət əlaqələrini kəsməyiblər, Gürcüstan niyə istisna olmalıdır?”

QafqazTürk xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Bratislavada, Qlobal Təhlükəsizlik Forumu (GLOBSEC) çərçivəsində tematik müzakirədə iştirak edərkən danışıb.

Hökumət başçısının qeyd edib ki, Gürcüstan beynəlxalq maliyyə sanksiyalarına tam əməl edir, bunu həm ABŞ Dövlət Departamenti, həm də Aİ-nin təsisatları etiraf edib, lakin ticarət-iqtisadi əlaqələr başqa məsələdir.

“Gürcüstanın iqtisadiyyatı çox kiçikdir və Gürcüstanın Rusiya ilə illik ticarəti 1 milyarddan azdır. Ötən il Avropa İttifaqının Rusiya ilə ticarət dövriyyəsi gündəlik 1 milyard avro təşkil edirdi. Yəni təxmini desək, Rusiya ötən il Avropa İttifaqından 300 milyard avro alıb. Rusiyanın Gürcüstanla ticarət dövriyyəsi isə ildə cəmi 1 milyard təşkil edir. Yəni, iqtisadi sanksiyalar olacağı təqdirdə bizim Rusiya iqtisadiyyatına təsirimiz 0,3% olacaqdı, Rusiyanın iqtisadiyyatımıza təsiri isə olduqca böyük olacaq. Bu səbəbdən mənim fikrim belədir: Biz bu söhbəti apararkən beynəlxalq maliyyə sanksiyalarına tam əməl edirik. ABŞ Dövlət Departamenti və Aİ-nin təsisatları Gürcüstanın beynəlxalq maliyyə sanksiyalarına tam əməl etdiyini etiraf etdi, lakin ticarət və iqtisadi əlaqələrə gəlincə, bu başqa məsələdir. Avropa İttifaqı Rusiya ilə ticarətlə məşğuldur, ticarət əlaqələrini dayandırmayıb, ABŞ da həmçinin, Gürcüstan niyə istisna olmalıdır? – deyə İrakli Ğaribaşvili açıqlayıb.

Sonrakı yazı
İstintaq Xidməti özgənin əmlakını dələduzluq yolu ilə mənimsəmək faktı üzrə bir nəfəri saxlayıb – ƏTRAFLI
Öncəki yazı
Kiyev Moskvaya PUA-la hücumda iştirakı inkar edir – DETALLAR