This is a specific ad

Ğaribaşvili: “Bu, Rusiyanın Ukraynada apardığı amansız və dağıdıcı müharibənin nəticəsidir”

46

Another advertisement

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili bütün tərəfləri Ukraynada müharibəni dayandırmaq üçün təcili danışıqlara başlamağa çağırıb.

QafqazTürk.com xəbər verir ki, o, Ukrayna ərazisində yerləşən Kaxovka Su Elektrik Stansiyasındakı partlayışın şok effekt yaratdığını vurğulayıb.

“Bu, Rusiyanın Ukraynada apardığı qəddar və dağıdıcı müharibənin nəticələrindən biridir. Bu gün Ukrayna ərazisinin 20%-i dağıdılıb, şəhərlər, kəndlər yerlə-yeksan edilib” – İrakli Ğaribaşvili bildirib.

Gürcüstanın Baş nazirinin sözlərinə görə, sülhün alternativi yoxdur, ona görə də tərəflər vəziyyəti gərginləşdirmək əvəzinə oturub müharibənin başa çatmasını müzakirə etməlidirlər.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Gürcüstan Parlamenti nümayəndə heyətinin Fransa səfərinin diqqət mərkəzində hansı məsələlər olacaq?
Öncəki yazı
Ğaribaşvili Zelenski ilə niyə görüşmədiyinin səbəbindən danışdı