Ğaribaşvili: “Bu ilin birinci rübündə işlə təmin olunanların sayı…”

0

“Bu ilin birinci rübündə işlə təmin olunanların sayı 70 min nəfər artaraq 1 milyon 271 min nəfər təşkil edib” – QafqazTürk xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili parlamentə illik hesabatını təqdim edərkən bildirib.

Baş nazirin sözlərinə əsasən, işsizliyin azalması ilk növbədə özəl sektorda iş yerlərinin artması ilə bağlıdır.

“İşsizliyin azalması ilk növbədə özəl sektorda iş yerlərinin artması, yaratdığımız mühitlə bağlıdır. Onu da qeyd edim ki, biznes sektorunda iş yerlərinin sayı xeyli artıb. Ötən illə müqayisədə bu rəqəm kifayət qədər təsir edicidir. Mütləq yoxsulluq səviyyəsi də 15,6%-lik tarixi minimuma düşüb, bu da əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə irəliləyişdir.

2012-ci ildə yoxsulluq səviyyəsi 30% idi. Bu il isə yoxsulluq səviyyəso tarixi minimuma çatıb – 15,6%. Bu o deməkdir ki, son on ildə yoxsulluğun səviyyəsi demək olar ki, iki dəfə azalıb. Yarım milyondan çox insan yoxsulluqdan xilas olub.” – İrakli Ğaribaşvili bildirib.

0
0
Sonrakı yazı
ATƏT PA-nın payız sessiyası Ermənistanda keçiriləcək – ƏTRAFLI
Öncəki yazı
Zelenski: “Ukrayna döyüş meydanında nəticəni NATO sammitindən əvvəl göstərmək istəyir”