Ğaribaşvili: “Abxazlar və osetinlərlə birlikdə güclü dövlət qurmaq hamı üçün ən yaxşı perspektivdir”

0

“Abxazlar və osetinlərlə birlikdə dinc, güclü, inkişaf etmiş dövlət qurmaq hamı üçün ən yaxşı perspektivdir. Bu, bizim hamımızın ümumi işimizdir,” – QafqazTürk xəbər verir ki, bu barədə sosial şəbəkədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili yazır.

Onun sözlərinə görə, etimadın bərpasına yönəlmiş ağlabatan sülh siyasəti bizi ardıcıl olaraq bu məqsədə yaxınlaşdıracaq.

“Tariximizin ən faciəli hadisələrindən birinin – Abxaziya müharibəsinin başlanmasından 31 il keçir. Əsassız qarşıdurma hər iki tərəfdən bir çox vətəndaşlarımızın – əsgərlərin və mülki şəxslərin həyatı bahasına başa gəlib. Mən bütün ictimaiyyətimizlə birlikdə onların hər birinin parlaq xatirəsini bir daha ehtiramla yad edirəm. Ərazi münaqişələri və onların nəticələri –  torpaqlarımızın müvəqqəti işğalı, yüz minlərlə insanın öz doğma yurd-yuvasından didərgin düşməsi, abxazlar və osetinlərlə münasibətlər dövlətimizin və cəmiyyətimizin əsas çağırışı olaraq qalır, buna ancaq sülhün qəti qorunması ilə cavab vermək olar. Abxazlar və osetinlərlə birlikdə dinc, güclü, inkişaf etmiş dövlət qurmaq bizim üçün, bizim hamımız üçün ən yaxşı perspektivdir və hamımızın ümumi vəzifəsidir. Mən dərindən inanıram ki, hakimiyyətə gələndən bəri həyata keçirdiyimiz etimadın bərpasına yönəlmiş ağlabatan sülh siyasəti bizi ardıcıl olaraq bu məqsədə yaxınlaşdıracaq”, – İrakli Ğaribaşvili yazıb.

0
0
Sonrakı yazı
Türkiyədən terrorun maliyyə mənbəyinə zərbə: 56 nəfər həbs edilib – ƏTRAFLI
Öncəki yazı
GeoStat: Yanvar-iyul aylarında Gürcüstanda xarici ticarət dövriyyəsi artıb – ƏTRAFLI