Ğaribaşvili: “2008-ci ildə hökumətimiz olsaydı, müharibənin qarşısını almaq üçün hər şeyi edərdik”

0

“2008-ci ildə hökumətimiz olsaydı, müharibənin qarşısını almaq üçün hər şeyi edərdik”

QafqazTürk xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Bratislavada keçirilən Qlobal Təhlükəsizlik Forumunda açıqlayıb.

“Birinci müharibənin Gürcüstanda aparıldığını hamıya xatırlatmaq istərdim. Bu gün bəlkə də kimsə unudub ki, Gürcüstanın 20 faizi Rusiya tərəfindən işğal olunub və 2008-ci ildə müharibədən sonra Rusiya nəyinki ərazimizi tərk edib, əksinə, torpağımızda qalıb. Ərazimizdə iki hərbi baza tikiblər və bu, dağıdıcı müharibənin nəticəsidir”

Əgər o zaman hökumətimiz olsaydı, müharibənin qarşısını almaq üçün hər şeyi edərdik. Gürcüstan kiçik ölkədir, onun cəmi 4 milyon əhalisi var. Bu səbəbdən hesab edirəm ki, xüsusən də kiçik bir ölkənin Avropa İttifaqının və ya NATO-nun üzvü olması, təhlükəsizlik zəmanəti olması fonunda, istənilən hökumətin marağında olmalıdır ” -deyə Ğaribaşvili açıqlayıb.

Baş nazir çıxışı zamanı 20018-ci il müharibəsinə lazımi diqqət yetirilmədiyini bildirib.

“Rusiyanın təcavüzünə lazımi diqqət yetirilmədi . Heç kim Rusiyaya qarşı sanksiyalar tətbiq etmədi. Mən belə düşünürəm ki, o zaman tətbiq etməli idilər. İndi Ukraynada gördüklərimiz təbii ki, fəlakətlidir. Hər gün minlərlə insan həlak olur və biz bu müharibənin tezliklə bitəcəyinə dair heç bir əlamət görmürük” – deyə İrakli Ğaribaşvili açıqlayıb.

0
0
Sonrakı yazı
Cozef Borrell hər iki tərəfi Kosovodakı gərginliyi azaltmağa çağırıb – ƏTRAFLI
Öncəki yazı
Yemək yeyəndə su içmək olarmı? – Ən düzgün vaxt