This is a specific ad

GAK və QafqazTürk Media Türkiyənin Gürcüstandakı səfirliyində olublar

50

Another advertisement

Bu gün, dekabrın 26-da Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov, konqresin, QafqazTürk Medianın nümayəndələri və ekspert Mübariz Qarayev Türkiyənin Gürcüstandakı səfirinin müşaviri Kazım Kartal ilə görüşüb.

QafqazTürk.com xəbər verir ki, görüşün məqsədi son günlərdə Türkiyə Cümhuriyyətində PKK terror qruplaşmasının İraqda törətdiyi və nəticədə 12 Türk əsgərinin şəhid olduğu terror hücumu olub.

Görüş dostluq şəraitində keçib.

GAK sədri Hüseyn Yusubov, Türkiyə Cümhuriyyətinin acısını bölüşdüklərini bildirib.

“Biz, Türkiyə Cümhuriyyətinin acısını bölüşməyi özümüzə borc bilirik. Türkiyənin acısı acımızdır çünki biz, dost və qardaş ölkələrik”.

H. Yusubov həmçinin, terrorun hər bir formasını qınadıqlarını da vurğulayıb.

“Biz, Gürcüstan azərbaycanlıları olaraq, terrorun hər növünü şiddətlə və nifrətlə qınayırıq. PKK terror örgütünü dəstəkləyən anti-türk güc mərkəzlərini də bilirik və onları da nifrətlə qınayırıq. Onlar bilməlidirlər ki, dəstəklədikləri hər bir terror bir gün həmin silahları onlara tərəf doğruldacaqdır. Əminik ki, Türkiyə Cümhuriyyəti terror qruplaşmaları ilə mübarizə aparacaq və onlara layiqli cavablarını verəcəkdir”.

Türkiyənin Gürcüstandakı səfirinin müşaviri Kazım Kartal öz növbəsində GAK və QafqazTürk Media nümayəndələrinə səmimi ziyarətə görə təşəkkürünü bildirib. O, Türkiyə-Gürcüstan əlaqələrinin hər zaman yüksək səviyyədə olmasını, iki ölkənin liderləri İrakli Qaribaşvili və Rəcəb Tayyib Ərdoğanın tez-tez görüşdüyünü vurğulayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl İraq ərazisində Türkiyə bazasına edilən hücumda 12 türk əsgəri şəhid olmuşdu.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
ლონდონის ბირჟაზე ქართული კომპანიების აქციების ფასი იზრდება
Öncəki yazı
Krımda tufan xəbərdarlığı elan edildi