Another advertisement
Qafqaz Türk Media xəbər verir:
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov hərbi təyyarə qəzası ilə bağlı başsağlığı verib. Yayımlanan mətndə deyilir:
“Hərbi Hava Qüvvələrimizə məxsus SU – 25 hərbi təyyarəsinin Bolnisi Bələdiyyəsinə aid Disveli (Tapan) kəndi yaxınlığında qəzaya uğramasını acı kədər və üzüntülərlə qarşıladıq. Plan üzrə gedən hərbi təlimlər zamanı həlak olmuş pilot Kaxaber Zurabaşvilinin ailəsinə və yaxınlarına, dövlətimizə, Müdafiə Nazirliyimizə dərin hüznlə başsağlığı verirəm.
Gürcüstanımızın başı sağ olsun! Qəhrəman pilotumuza uca Yaradandan rəhmət diləyirəm”!