This is a specific ad

GAK sədri Hüseyn Yusubov seçki günü Qızılhacılı seçki məntəqəsində fiziki təmas zamanı xəsarət alan siyasətçilərlə görüşdü- FOTO

613

Another advertisement

Oktyabrın 26-da Gürcüstanda baş tutan Parlament seçkilərində bəzi yerlər insidentlərsiz ötüşmədi.

Parlament seçkisi günü Marneuli bələdiyyəsində azərbaycanlıların kompakt yaşadığı yalnız bir məntəqədə-Qızılhacılının 74-cü seçki məntəqəsində fiziki qarşıdurma yaranmışdı.

Bu qarşıdurmada Gürcü Aruzusunun Qızılhacılı kəndi üzrə bələdiyyə deputatı Ceyhun Çovdarov və Vahid Milli Hərəkat partiyasının Marneuli qərargahının sədri Azad Kərimov ciddi xəsarətlər almışdılar.

Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov bu gün hər iki zərərçəkmişlə görüşərək onların sağlamlıq durumları ilə maraqlandı və onlara can sağlığı dilədi. Yusubov Söhbət zamanı hər iki tərəfə Konqresin seçkidən əvvəlki günlərdə paylaşmış olduğu müraciəti xatırlatdı. Müraciətdə Gürcüstanda siyasi partiyalarda təmsil olunan azərbaycanlılara seçki gününü bir yarışma kimi keçirməyi tövsiyə, eləcə də təhqirdən və fiziki təmaslardan uzaq olmağı rica etmişdi.

Hüseyn Yusubov hər iki zərərçəkənlə görüşdən sonra QafqazTürk Mediaya müsahibəsi zamanı qeyd etdi ki, Gənclərimizə ən başlıca tövsiyəmiz hamımız birlikdə xeyir-şər sahibi olmağımız, bir – birimizin sevincini və kədərini bölüşməyi bacarmağımız, siyasi kampaniyaları bir yarışma ab-havası ilə təşkil etməkləri ən vacib məsələlərdir.

“Seçki günü fiziki təmasa məruz qalmış eloğlularımız həm Azad Kərimovun həm də Ceyhun Çovdarovun sağlıq durumlarının qənaətbəxş olması məni çox sevindirdi. Azad Kərimovun burun və yanaq nahiyələrindən əməliyyat olunmasına üzüldüm. Gürcüstan Azərbaycanlıları Konqresi üçün siyasi baxışlarından asılı olmayaraq hər ikisi bizim eloğlularımızdır və hər ikisinə biz eyni məsafədəyik. Gənclərimizə ən başlıca tövsiyəmiz hamımız birlikdə xeyir-şər sahibi olmağımız, bir – birimizin sevincini və kədərini bölüşməyi bacarmağımız, siyasi kampaniyalarını bir yarışma ab-havası ilə təşkil etməkləri ən vacib məsələlərdir. Sevindiricidir haldır ki, gənclərimizin heç birində digər tərəfə qarşı kin və nifrət hissləri bəslənmir.

Təəssüflər olsun ki, bu seçkilərdə öz xalqımıza qarşı kin, nifrət və diləgəlməyəcək təhqirlər aşılayan eloğlularımız da yox deyildi. Borçalıda bizim hər birimiz kişiliklə, namusla, qeyrətlə, dostluqla, vətənlə bağlı tərbiyələri ilk növbədə öz ailələrimizdə almışıq. Görünür ki, bəzi ailələr övladlarına xalq, vətən sevgisini düzgün aşılaya bilməyib. Ona görə də özümüzünkülər saydıqlarımız xalqımızı təhqir edir. Yaxşı deyiblər ki, hər qoz ağacında bir çürük ceviz mütləq olur”,-deyə Hüseyn Yusubov qeyd edib.

Seçki günü 74-cü seçki məntəqəsində insidentə səbəb nə olmuşdu?

Hər iki tərəfin-səbəbkarın və digər partiya üzvünün təsdiq etdiyinə görə, adıçəkilən seçki məntəqəsində seçkinin ən aktiv saatlarında qaz spreyinin sıxılması olub.

Nəticədə isə məntəqədə olan insanlar arasında seçicilərdən, müşahidəçilərdən, nəzarətçilərdən və jurnalistlərdən də zərərçəkənlər olub.

Özünün də mətbuata bəyan etdiyinə görə, hadisənin səbəbkarı, yəni qaz spreyini sıxan Qızılhacılı kəndində seçki məntəqəsində seçki prosesi ilə bağlı heç bir məsuliyyəti, cavabdehliyi olmayan Qiorqi Mumladze olub.

Əldə etdiyimiz məlumata görə, Qiorqi Mumladze barəsində cinayət işi açılıb.

P. S. Apardığımız jurnalist araşdırması göstərdi ki, Marneuli bələdiyyəsinin Qızılhacılı ərazi vahidliyində təqribən 7 minə yaxın seçki bülletenindən 4 minə qədəri istifadə edilmədən Marneuli bələdiyyəsi seçki dairəsinə təqdim edilmişdir. Falsifikasiya resursu ola biləcək istifadə olunmamış bu qədər böyük sayda bülletenlərin dairəyə təslim edilməsi məntəqədə səsvermə ilə bağlı qanunpozuntuları fikirlərini ciddi sual altına salır.

Sonrakı yazı
Ustadları anaq- “Borçalı bülbülü” Xındı Məmməd…
Öncəki yazı
Cari həftədə lari dollar qarşısında bir qədər ucuzlaşıb – həftənin dinamikası belə idi