Bildiyimiz kimi, 25 dekabr 2024-cü ildə “Azərbaycan Hava Yolları”na məxsus təyyarə, Bakı-Qroznı reysini yerinə yetirərkən Rusiyanın onu Ukrayna dronu hesab etməsi və vurması nəticəsində qəzaya uğramışdır. Təyyarənin göyərtəsində 5-i ekipaj üzvü olmaqla, 67 nəfər olub.
Bütün bu hadisələrdən sonra Rusiya prezidenti Vladimir Putin zəng edərək Azərbaycan Respublikasının prezidenti İlham Əliyevdən üzr istəmişdir. İlham Əliyev bu məsələ üzrə cinayət içinin açılmasını tələb etmiş, səbəbkarların hər birinin lazımi cəzanı almalı olduqlarını, hadisənin sonuna qədər izlənəcəyini və ictimaiyyətə məlumat veriləcəyini vurğulamışdır.
Biz, Gürcüstan Azərbaycanlıları Konqresi olaraq, bunu Azərbaycan diplomatiyasının və prezidentinin növbəti böyük uğuru hesab edirik.
Belə bir nəticə əldə etmək bizim üçün həqiqi mənada sevindirici haldır.
Azərbaycanımıza uğurlar arzulayır, qəzada qəhramanlıq göstərən, dünyasını dəyişən vətəndaşlara Allahdan rəhmət, yaralılara isə şəfa diləyirik!