This is a specific ad

G7 ölkələrindən çağırış…

126

Another advertisement

G7 ölkələri Yaxın Şərqdəki tərəfləri təmkinli olmağa və gərginliyi azaltmağa çağırır.

Qafqaztürk Media xəbər verir ki, bu haqda qrupun bəyanatında qeyd olunur.

Bəyanatda bildirilir ki, regionda baş verən son proseslər daha geniş münaqişənin qızışdırılması təhlükəsi yaradır.

“Biz bir daha bütün iştirakçı tərəfləri cavab zorakılığının hazırkı dağıdıcı dövrəsini davam etdirməkdən çəkinməyə, gərginliyi azaltmağa və deeskalasiyaya nail olmaq üçün konstruktiv fəaliyyət göstərməyə çağırırıq”, – G7-nin bəyanatında deyilir.

Xatırladaq ki, Hizbullahın Beyrutdakı komandiri Fuad Şükri və HƏMAS-ın Tehrandakı lideri İsmayıl Haniyənin öldürülməsindən sonra Yaxın Şərq regionunda vəziyyət gərginləşib. İran və “HƏMAS” Haniyənin qətlində İsraili günahlandırır və “Hizbullah”la birlikdə qisas alacaqlarına söz verib.

Kateqoriya: Dünya
Sonrakı yazı
საგურამოში სახალხო დღესასწაული “ილიაობა” აღინიშნა, სადაც მონაწილეობას მარნეულის მუნიციპალიტეტის შემოქმედებითი ჯგუფები იღებდნენ
Öncəki yazı
Irakli Kobakhidze: “Yakın gelecekte yaklaşımların kökten ve temelden değişeceğini düşünüyorum”