This is a specific ad

G7 ölkələrinin BƏYANATI

23

Another advertisement

G7 (Great Seven – Qriit Sevn – Böyük Yeddilik) ölkələri Rusiyaya Ukrayna ətrafındakı vəziyyətə görə tətbiq edilən sanksiyalardan yayınaraq Kiyevə lazım olduğu qədər dəstək verməyi planlaşdırırlar.

QafqazTürk.com xəbər verir ki, bu barədə şənbə günü Niiqatada keçirilən G7 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşünün yekunları üzrə qəbul edilmiş birgə bəyanatda deyilir.

“Biz sanksiya tədbirlərimizdən yayınmağa və pozmağa yönəlmiş istənilən cəhdlərə müqavimət göstərməyə hazırıq. Biz lazım olduğu müddətdə Ukraynaya sarsılmaz dəstəyimizi bir daha təsdiqləyirik. Gələcəkdə zərurət yaranarsa Rusiya ilə digər ölkələr arasında transsərhəd əməliyyatlara nəzarət etmək üçün koordinasiyanı gücləndirməyə davam edəcəyik,”, – deyə sənəddə deyilir.

Bundan əlavə, maliyyə nazirləri və G7 mərkəzi banklarının rəhbərləri Ukrayna ətrafındakı vəziyyətin yaratdığı qlobal iqtisadi problemlərin həlli üçün beynəlxalq əməkdaşlığı təşviq etməkdə qərarlı olduqlarını qeyd ediblər.

Xatırladaq ki, Mayın 19-dan 21-dək G7 sammiti Xirosimada keçiriləcək. Sammitə həmçinin Avstraliya, Braziliya, Vyetnam, Hindistan, İndoneziya, Kuk adaları, Komor Adaları İttifaqı və Cənubi Koreya liderlərinin də iştirakı gözlənilir.

Kateqoriya: Dünya
Sonrakı yazı
Qan şəkərini tənzimləyir, immuniteti gücləndirir – Qara əncirin faydaları
Öncəki yazı
Aİ üçtərəfli görüş barədə məlumat yaydı – TƏFƏRRÜAT