This is a specific ad

G7 ölkələri Ukraynaya təhlükəsizlik zəmanəti verir

38

Another advertisement

Bu gün Ukrayna G7 ölkələrinin ona verəcəyi təhlükəsizlik zəmanətlərini öyrənəcək.

QafqazTürk.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Rişi Sunakın ofisi məlumat yayıb.

Məlumata görə, zəmanətlər G7 tərəfindən razılaşdırılacaq, həmçinin, birgə bəyannamənin imzalanması planlaşdırılır.

Ekspertlərin fikrincə, ABŞ, Böyük Britaniya, Fransa və Almaniya, ehtimal ki, sammit başa çatdıqdan sonra Kiyevə müasir silahlar, təlimlər və digər hərbi yardımlar şəklində uzunmüddətli təhlükəsizlik dəstəyinə zəmanət verəcəklər. Bundan sonra digər ölkələr də öz ikitərəfli öhdəlikləri ilə bu struktura qoşulacaqlar.

Kateqoriya: Dünya
Sonrakı yazı
NATO sammitinin ilk gününün yekunları – Dünya mətbuatı nə yazır?
Öncəki yazı
Gürcüstanda tələbələr arasında ən çox tələbat görən 3 istiqamət