G7 ölkələri Rusiyanın enerji daşıyıcılarından istifadəni azaltmağı planlaşdırır

3

G7 ölkələrinin Yaponiyanın Xiroşima şəhərindəki sammitindən sonra hazırladıqları bəyanat layihəsində Rusiyanın enerji daşıyıcılarının istifadəni daha da azaltmaq planlarının göstəricisi var.

QafqazTürk bu barədə “Financial Times”a istinadən xəbər verir.

“G7-nin bəyanat layihəsinə əsasən, dünyanın aparıcı iqtisadiyyatları bir qrup Rusiya enerji mənbələrindən istifadəni azaltmağa davam edəcək. Ən azı “münaqişə həll olunana qədər”, deyə FT yazır.

Bununla belə, nəşrin fikrincə, bu tədbirlər çətin ki, yaxın gələcəkdə qaz tədarükünə təsir göstərsin.

2023-cü ildə G7-yə sədrlik Yaponiyadan keçəcək. G7 liderlərinin sammiti mayın 19-21-də Xiroşimada keçiriləcək.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
İsrail və “İslami Cihad” sülh müqaviləsi imzalamaq barədə razılığa gəliblər
Öncəki yazı
Eurovision 2023-ün qalibi hansı ölkə oldu ?