Axmetada gənc oğlan qətlə yetirilib.
Hadisə aprelin 19-da Axmetada baş verib.
Yerli sakinlərin sözlərinə görə, gənc oğlana evinin yaxınlığında naməlum şəxs tərəfindən bir neçə dəfə atəş açılıb və cinayətkar qaçıb.
Gənc aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Hadisə ilə bağlı araşdırma aparılır. İstintaq qətlin dəqiq motivini müəyyən edəcək.