Gənc müəllimin qətli ilə bağlı həbs edilən iki azyaşlıya qarşı cinayət işi açılıb – ƏTRAFLI

54

Gənc müəllim Qiqa Avalianinin qətlində həbs olunan iki azyaşlıya qarşı ittiham irəli sürülüb.

Gürcüstan Prokurorluğunun məlumatına görə, iki azyaşlı şəxs qəsdən sağlamlığa ağır zərər vurmaq, nəticədə insan ölümünə səbəb olmaq və cinayət barədə məlumat verməməkdə ittiham edilir.

İstintaqın gedişinə əsasən, cinayət törədilən vaxt hadisə yerində daha bir azyaşlı şəxs olub, o, prosesi videoya çəkib, lakin hüquq-mühafizə orqanlarına məlumat verməyib.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayəti törədən azyaşlını oktyabrın 19-da həbs ediblər. Saxlanılan şəxs Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsinin 1-ci hissəsi ilə ittiham olunub və barəsində həbs qətimkan tədbiri seçilib. Zərərçəkmişin ölümündən sonra saxlanılan şəxsin ittihamı ağırlaşdırılıb və Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsinin 2-ci hissəsi ilə (sağlamlığa qəsdən ağır xəsarət yetirmə – həyat üçün təhlükəli olan, insan tələfatı ilə nəticələnən bədən xəsarəti) ittiham edilib,” – məlumatda qeyd olunur.

Bundan əlavə, oktyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşları cinayət barədə məlumat vermədiyi üçün məhkəmə qərarı əsasında daha bir azyaşlını həbs ediblər. O, Gürcüstan Cinayət Məcəlləsinin 376-cı maddəsinin 1-ci hissəsi (ağır cinayətin törədildiyini bilən şəxsin bu barədə məlumat verməməsi) ilə ittiham olunur.

Prokurorluq qanunla müəyyən edilmiş müddətdə cinayət barədə məlumat vermədiyinə görə həbs edilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Tbilisi Şəhər Məhkəməsinə müraciət edəcək.

Faktla bağlı Daxili İşlər Nazirliyində istintaq davam etdirilir,” – deyə açıqlamada bildirilib.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Rusiya Xarici Kəşfiyyat Xidməti: Fransa Ukraynaya yerləşdirmək üçün 2000 əsgər hazırlayır
Öncəki yazı
Daxili İşlər Nazirliyinin Patrul Polis İdarəsinin Tbilisi Baş İdarəsinin rəisi Laşa Coxadze istefa verib