This is a specific ad

Gənc xeyriyyəçi Minurə Mustafayeva Kamerunda iftar süfrəsi açıb – VİDEO

113

Another advertisement

Marneulidən olan gənc xeyriyyəçi Minurə Mustafayeva Kamerunda ehtiyaclı uşaqlar üçün iftar süfrəsi açıb.

QafqazTürk.com xəbər verir ki, gənc xeyriyyəçi yüzlərlə müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlara, kimsəsiz uşaqlara, sosyal olaraq aztəminatlı ailələrə könüllü dəstəkçilərlə müxtəlif yardımlar göstərir.

O, bildirib ki, aprelin 15-dən 22-dək Afrikada ehtiyaclı şəxslərə iftar süfrəsi açılacaq.

Gənc xeyriyyəci hərkəsi yardım aksiyasına qoşulmağa dəvət edir. Maraqlanan şəxslər ehtiyaclı ailələrə, gənclərə, Afrikada yaşayan ehtiyaclılara yardım prosesində iştirak edə bilərlər. Köçürülən ən cüzi bir məbləğ belə ehtiyaclı insanlara dəstəkdir.

O, həmçinin Ramazan ayı başlayandan bu günə qədər 1000 nəfərdən çox şəxsin iftar süfrəsi açmasına dəstək olduğunu bildirib.

Bununla yanaşı, 2 ildir ki, Afrikada xeyriyyə işləri təşkil edərək xeyriyyəçi insanlarla birlikdə 13 su quyusu açdırıb.

Qeyd edək ki, yardım kompaniyasına dəstək olmaq istəyənlər 557930700 nömrəsi ilə əlaqə saxlaya bilərlər

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Hindistanda keçmiş siyasətçisi Atiq Əhməd qardaşı ilə birlikdə canlı yayım zamanı güllələnib
Öncəki yazı
Türkiyənin ilk müşahidə peyki orbitə buraxılıb