This is a specific ad

“Gələcək plana əsaslanan bəyanatımız 4 əsas məqamı ehtiva edir”-Mamuka Mdinaradze

27

Another advertisement

“Gələcək plana əsaslanan bəyanatımız 4 əsas məqamı ehtiva edir”.

QafqazTürk Media xəbər verir ki, bu barədə əksəriyyətin lideri Mamuka Mdinaradze sosial şəbəkədə yazı dərc edib.

Mdinaradze öz Facebook səhifəsində ölkəni Avropa Birliyinə daxil olmağa hazırlayacaq məqamları sadalayıb.

“Bizim bəyanatımız gələcək plan baxımından 4 əsas məqamı ehtiva edir:

Biz assosiasiya sazişi üzrə öhdəliklərimizi dəqiqliklə yerinə yetirməyə davam edirik və 2028-ci ilə qədər 90%-dən çoxunu yerinə yetirmiş olacağıq.

Gürcüstan 2030-cu ilə qədər namizəd ölkələr arasında Aİ üzvlüyünə ən yaxşı hazır olan ölkə olacaq.

2028-ci ilə qədər danışıqlara başlamaq məsələsi biz tərəfdən gündəmə gətirilməsin ki, bu, kiminsə daimi şantaj mexanizmi olmasın və biz sakit şəkildə müvafiq islahatlar aparıb ölkəni inkişaf etdirək.

Eyni səbəbdən biz Avropa İttifaqının büdcə qrantları ilə maliyyələşmədən imtina edirik və bu xərcləri dövlət öz üzərinə götürəcək.

Mdinaradzenin yazısında deyilir: “Bunlardan hansı Avropanı rədd etməkdir və biz hansı konkret məqama etiraz edirik, onlar hələ bizə desinlər, biz də konkret nəsə cavab verək”.

 

Sonrakı yazı
Parlament binasında mühafizənin qırmızı səviyyəsi aktivləşdirilib
Öncəki yazı
“Gürcü arzusu” ofisinin yaxınlığında toplaşan etirazçılar Rustaveli prospektinə doğru yürüş edəcəklər