Füzulidə Raziyə Kamilqızının kitab təqdimatı keçirilib

0

26 dekabr tarixdə Füzuli rayon Mədəniyyət evində AYB və AJB-nin üzvü Raziyə Kamilqızı Rzayevanın kitablarının sərgisi və “Tarix yazan lider” adlı kitabın təqdimatı keçrilib.

QafqazTürk.com xəbər verir ki, ilk öncə Azərbaycan Respublikası Dövlət Himni səsləndirilib, Azərbaycan Respublikasının Ulu Öndəri Heydər Əliyevin və Azərbaycan Respublikasınin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhramanların xatirəsi ehtiramla anılıb.

Mədəniyyət evinin direktoru Anar Ağayev tədbirdə iştirak edən müxtəlif rayonlardan gəlmiş şəhid ailələrini, ziyalıları və bütün tədbir iştirakçılarını salamlayıb. Anar Ağayev İlham Əliyevə həsr edilmiş kitabın məhz Füzuli rayon Mədəniyyət Evində təqdim olunmasından qürurla danışaraq Raziyə Kamilqızının vətənpərvər ruhda yazdığı kitablarla tanış olub, onun haqqında tədbirdə iştirak edənlərə geniş məlumat verib və ona gələcək işlərində uğurlar arzulayıb.

Tədbirdə şəhid xanımı Füzuli rayon Tarix diyarşünaslıq muzeyinin direktoru Xalisə Məmmədova, Heydər Əliyev Mərkəzinin direktoru Şəhanə Kərimova, Füzuli rayon Mədəniyyət evinin əməkdaşı Eşqin Həsənov, Qarğabazar kənd Tarix diyarşünaslıq muzeyinin direktoru Nərminə xanım, vətənpərvər Roma Dağıstanlı, Kürdəmir, Xudat, Xaçmaz, Şamaxı, Beyləqan, Tərtər, Ağcəbədi, Şirvan və Füzuli rayonlarından gələn şəhid ailələri, Füzuli rayon ictimaiyyət nümayəndələri kitablarla tanış oldular və şairə gələcəkdə uğurlar arzulayıblar.
Füzuli rayon Mədəniyyət Evinin direktoru Raziyə Kamilqızını təşəkkürnamə ilə təltif edib.
Tədbirdə iştirak edən hər kəsə Raziyə Kamilqızının kitabları hədiyyə olundu və sonda xatirə şəkili çəkildi.

0
0
Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
ზოგან კვლავ ძლიერი თოვა, ნისლი და ქარბუქია მოსალოდნელი – პროგნოზი ქალაქების მიხედვით
Öncəki yazı
ხაშურში 15 წლის მოზარდმა იმშობიარა