Another advertisement
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov tərəfindən Gürcüstanda yaşayan fiziki məhdudiyyətli şəxslərə yardım göndərilib.
Əlil arabalarının fiziki məhdudiyyətli şəxslərə çatdırılmasını xeyriyyəçi Minurə Mustafayeva təmin edəcək.
Artıq bir müddətdir, gənc xeyriyyəçi Minurə Mustafayeva Gürcüstanda yüzlərlə aztəminatlı ailələrə müxtəlif formada yardımlar edir.O, bu günədək könüllü dəstəkçilərinin maliyyəsi ilə 50 -dən çox sağlamlıq imkanları məhdud olan şəxsi əlil arabası ilə təmin edib.