This is a specific ad

Fransanın Xarici İşlər naziri Ketrin Kolonna Gürcüstana səfər edir

79

Another advertisement

Fransanın Xarici İşlər naziri Ketrin Kolonna Gürcüstana səfər edir. Fransa Xarici İşlər Nazirliyinin rəhbərini Tbilisi beynəlxalq hava limanında Gürcüstanın xarici işlər nazirinin müavini Teimuraz Cancalia qarşılayıb.

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına əsasən, səfər çərçivəsində fransalı diplomat xarici işlər naziri İlya Darçiaşvili ilə görüş keçirəcək, bundan sonra mətbuata birgə bəyanatlar veriləcək.

Katrin Kolona Gürcüstana səfəri çərçivəsində həmçinin Gürcüstan hökumətinin başçısı İrakli Ğaribaşvili və Gürcüstan prezidenti Salome Zurabişvili ilə də görüşəcək.

Qeyd edək ki, 2018-ci ildən sonra bu, Fransa xarici işlər nazirinin Gürcüstana ilk səfəridir.

Sonrakı yazı
Gürcüstanın bir sıra bələdiyyələrində aralıq və növbədənkənar seçkilər keçirilir
Öncəki yazı
Təbrizlilər: “Azərbaycan var olsun, istəməyən kor olsun!”