Fransanın hava limanlarında uçuşların 75%-ə qədəri ləğv ediləcək

0

Aviaşirkətlər aviadispetçerlərin tətili səbəbindən Fransa hava limanlarında uçuşların 75%-ə qədərini ləğv etməli olacaqlar.

QafqazTürk.com xarici mətbuata istinadın xəbər verir.

Aprelin 25-nə planlaşdırılan dispetçerlərin tətilinin geniş miqyasda keçiriləcəyi gözlənilir. İkinci ən böyük hava nəqliyyatı dispetçerləri birliyi “Unsa ICNA” tətillərin iyun ayı boyunca da davam edəcəyini bildirib. Əsas dispetçerlər birliyi olan “SNCTA” mayın 9-dan 11-dək tətil keçirməyi planlaşdırır.

Bununla belə, sabah uçuşların ləğvi əhəmiyyətli olacaq. Aviaşirkətlər Parisin “Orli” hava limanında uçuşların 75%-ni, Paris-Ruassi və Marseldə isə 65%-ni ləğv etməli olacaqlar. Fransa Mülki Aviasiya İdarəsi (DGAC), həmçinin, Tuluza və Nitsada uçuşların 60%-nin, digər hava limanlarında isə 50%-nin ləğvini tələb edəcək. Bundan əlavə, uçuşlarda uzunmüddətli gecikmələr gözlənilir.

Aviadispetçerlərin həmkarlar ittifaqları əməkhaqqının yenidən nəzərdən keçirilməsini tələb edir və Fransada hava hərəkətinə nəzarət sahəsində islahatların aparılmasının zəruriliyində israr edir.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Üç ayda Gürcüstan ərazisindən çıxarılan əcnəbilərin sayı açıqlanıb
Öncəki yazı
Gürcüstan Azərbaycandan qaz idxalını azaldıb