Fransanın baş naziri məlum oldu

140

Fransa prezidenti Emmanuel Makron Sebastien Lecornu-nu yenidən baş nazir vəzifəsinə təyin edib.

QafqazTürk Media xəbər verir ki, bu barədə Yelisey Sarayı məlumat yayıb.

“Respublika prezidenti cənab Sebastien Lecornu-nu baş nazir təyin edib və ona hökuməti formalaşdırmağı tapşırıb”, – bəyanatda bildirilib.

Bu həftənin əvvəlində baş nazir vəzifəsindən istefa verən Lecornu Fransadakı siyasi böhrana son qoyulması zərurətini vurğulayıb: “Biz Fransanın maraqlarına zərər vuran bu siyasi böhrana və qeyri-sabitliyə son verməliyik”.

Qeyd edək ki, Fransada siyasi böhran oktyabrın 6-da Lecornu-nun istefasından sonra daha da dərinləşmişdi. Prezident Makron onun təyin olunmasından sonra siyasi böhranın həlli üçün müxtəlif partiyalarla danışıqlar aparmağı tapşırıb.

Makron Lecornu-nu yenidən baş nazir təyin etməzdən əvvəl parlamentdə təmsil olunan partiyaların liderləri ilə görüşüb.

Kateqoriya: Dünya
Sonrakı yazı
Tbilisidə əslən Gürcüstandan olan hərbçi  Vəli bəy Yadigarova həsr olunmuş sənədli filmin təqdimatı keçirilib
Öncəki yazı
ABŞ Senatı 2026-cı il üçün müdafiə büdcəsini təsdiqləyib və Ukraynaya dəstək üçün pul ayıracaq