This is a specific ad

Fransalı generalın cinayəti və hollandiyalı sülhməramlıların məsuliyyətsizliyi – Srebrenitsa soyqırımından 28 il ötür 

48

Another advertisement

Bu gün Srebrenitsa soyqırımı qurbanlarının xatirəsinin anım günüdür və Srebrenitsa soyqırımından 28 il ötür.

Aradan 28 il keçməsinə baxmayaraq, Srebrenitsa soyqırımı bütün Bosniya xalqının, xüsusilə də qurbanların yaxınlarının ən dərin yarası olmaqda davam edir. 1995-ci ilin iyulunda Bosniya və Herseqovinanın şərqində Srebrenitsada törədilən soyqırım zamanı öldürülən və şəxsiyyəti müəyyən edilən daha 30 soyqırım qurbanı bu gün keçiriləcək dəfn mərasimindən sonra dəfn ediləcək.

Srebrenitsa qətliamı və ya Srebrenitsa soyqırımı (serb. Масакр у Сребреници) — 1991-1995-ci illərdə keçmiş Yuqoslaviyada baş verən vətəndaş müharibəsi zamanı serb ordusunun 1995-ci ilin iyulunda ən azı 8300 bosniyalı müsəlmanın Srebrenitsa şəhərində qətlə yetirməsi ilə həyata keçirilən soyqırım aktıdır.

Qətllər general Ratko Mladiçin tabeçiliyində olan və ağır silahlarla təchiz edilmiş serb ordusu tərəfindən törədilmişdir. Soyqırım zamanı qadın və uşaqların da qətlə yetirildiyi sənədlərlə sübuta yetirilmişdir. Serb ordusuyla yanaşı “Əqrəblər” adı ilə tanınan Serbiya xüsusi təhlükəsizlik dəstələri də qətliamın törədilməsində iştirak etmişlər. BMT-nin Srebrenitsaya 400 silahlı Hollandiya sülhməramlısı yerləşdirməsinə baxmayaraq soyqırımın qarşısını almaq mümkün olmamışdır. Məlumatlara görə, sülhməramlılar soyqırımını laqeydcəsinə izləməklə cinayətin baş verməsinə yardım ediblər.

Srebrenitsa soyqırımında meşəliklərdə, fabriklərdə və anbarlarda ən azı 8372 bosniyalı kişini qətlə yetirilərək, kütləvi məzarlıqlarda basdırılıblar. Müharibədən sonra cəsədləri kütləvi məzarlıqlarda tapılan qurbanlar şəxsiyyəti müəyyən edildikdən sonra hər il iyulun 11-də Potocari Memorial Qəbiristanlığında təşkil edilən mərasimlə dəfn edilir.

Srebrenitsa soyqırımı II dünya müharibəsindən sonra Avropada baş verən ən irimiqyaslı qətliamdır. Bu soyqırım həm də II dünya müharibəsindən sonra Avropada hüquqi cəhətdən ilk dəfə sənədləşdirilmiş soyqırım aktıdır.

Haaqa Beynəlxalq Məhkəməsi 2007-ci il qərarında keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının (ICTY) sübutlarına əsaslanaraq Srebrenitsada baş verənləri “soyqırım” kimi qiymətləndirib. Serb komandiri Ratko Mladiçə Srebrenitsa soyqırımı da daxil olmaqla bir çox cinayətlərə görə ömürlük həbs cəzasına məhkum edilib.

Sonrakı yazı
ახალი აზროვნების ინსტიტუტი ახალ პროექტს იწყებს
Öncəki yazı
Paşinyan Blinkenlə Azərbaycanla sülh müqaviləsi üzrə aparılan danışıqları müzakirə edib – ƏTRAFLI