Another advertisement
Fransa prezidenti Emmanuel Makron İran prezidenti İbrahim Rəisiyə pilotsuz təyyarələrin Rusiyaya çatdırılması barədə xəbərdarlıq edib.
QafqazTürk.com xəbər verir ki, Makron telefon danışığında İranı Ukraynaya qarşı müharibədə Rusiyaya verdiyi dəstəyi “dərhal dayandırmağa” çağırıb.
Bəyanatda Makron həmçinin İranın nüvə proqramının trayektoriyası ilə bağlı narahatlığını ifadə edib.
Britaniya, Fransa, Almaniya, ABŞ və Ukraynanın dediklərinə görə,İran istehsalı olan pilotsuz təyyarələrin Rusiyaya tədarükü BMT Təhlükəsizlik Şurasının 2015-ci ildə qəbul edilmiş İranın nüvə sazişini təsdiq edən qətnaməsini pozur.