Fransada siyasi gərginlik: Baş nazir Bayru etimadsızlıq səsverməsindən sonra istefa verir

46

Fransa parlamenti baş nazir Fransua Bayrunun istefaya göndərilməsi ilə bağlı etimadsızlıq səsverməsi keçirib. Səsvermənin nəticələrinə əsasən, 194 nəfər əleyhinə, 364 nəfər isə lehinə səs verib.

Hökumətin məlumatına görə, Fransua Bayru sabah səhər istefa ərizəsini Fransa prezidenti Emmanuel Makrona təqdim edəcək.

Qeyd edək ki, Bayru avqustun 25-də hökumətə etimad məsələsini gündəmə gətirmişdi. Onun sözlərinə görə, bu addımı atmasına 2026-cı il büdcəsinə dövlət borcunu azaltmaq məqsədilə köklü dəyişikliklərin edilməsinin zəruriliyi səbəb olub.

 

Kateqoriya: Siyasət
Öncəki yazı
Qızılın qiyməti yeni rekorda çatıb