Fransada ildırım vuran yeniyetmə sağ qalıb

2

Fransanın Tulon şəhəri yaxınlığında ildırım vuran 15 yaşlı məktəbli sağ qalıb.
QafqazTürk.com xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.
Qeyd olunub ki, hadisə bazar ertəsi axşam saatlarında şagird dərsdən evə qayıdarkən dayanacaqda avtobus gözləyən zaman baş verib.
İldırım vurduqdan sonra ürəyi dayanan gəncə hadisə şahidləri ilkin tibbi yardım göstərib. Tezliklə hadisə yerinə yaxınlıqda olan xilasedicilər gəlib, yaralının təcili təxliyəsi üçün helikopter də çağırılıb.
İlkin məlumata görə, hazırda onun həyatına heç bir təhlükə yoxdur.
Fransanın Meteo və İqlim icmasının məlumatına görə, son 10 ildə Avropanın 20 ölkəsində 215 ildırım vurması hadisəsi baş verib. Nəticədə ümumilikdə 83 nəfər həlak olub, 971 nəfər yaralanıb.

0
0
Kateqoriya: Sağlamlıq
Sonrakı yazı
İlham Əliyevin Ərdoğanla təkbətək görüşü başladı
Öncəki yazı
Alimlər nəfəs alan, tərləyən və titrəyən ilk robot yaradıblar