Fransa xəstəxanalarına 2026-cı ilin martına qədər müharibəyə hazır olmaq tapşırıldı 

45

Fransa Səhiyyə Nazirliyinin göstərişinə əsasən, ölkə xəstəxanaları 2026-cı ilin martına qədər Avropada baş verə biləcək müharibəyə hazır olmalıdır. “Le Figaro və Le Canard Enchaîné” qəzetlərinin yazdığına görə, nazirliyin 2025-ci il 18 iyul tarixli sənədində qeyd olunur ki, Fransa genişmiqyaslı münaqişə zamanı “arxa baza”ya çevrilə bilər.

Sənədə əsasən, xəstəxanalar on minlərlə yaralı fransız və xarici hərbçinin qəbuluna hazır olmalı, onların yerləşdirilməsi 10 gündən 180 günədək davam edə bilər. Nazirlik həmçinin liman və hava limanları yaxınlığında tibbi mərkəzlərin yaradılmasını nəzərdən keçirir.

“Beynəlxalq vəziyyət fonunda yüksək intensivlikli münaqişələrdə tibbi yardım yollarının əvvəlcədən müəyyən olunması vacibdir”, – sənəddə bildirilir.

Məsələ ilə bağlı BFMTV-yə açıqlama verən səhiyyə naziri Katrin Votren belə göstərişlərin mövcudluğunu inkar etməyib:

“Xəstəxanalar daim pandemiyalara və kütləvi qəbul şəraitinə hazırlaşır. Ölkənin mümkün böhranlara qarşı qabaqcadan tədbirlər görməsi tamamilə normaldır. Bu, mərkəzi hakimiyyətin məsuliyyətidir”, – deyə nazir vurğulayıb.

Kateqoriya: Dünya
Sonrakı yazı
Gürcüstanda dövlət qurumlarında ödənişli təcrübə proqramı başlayır
Öncəki yazı
Marneuli Bələdiyyəsi Özünüidarəetməsi Gənclər İdeyası Müsabiqəsini elan edir!