Another advertisement
Fransanın “Mirage 2000-5” döyüş təyyarələri Ukraynada yaxın gələcəkdə – bu ilin birinci rübünün sonunda olacaq.
QafqazTürk Media xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.
“Fransız Mirajları tezliklə Ukrayna üzərində uçacaqlar”, – Fransanın xarici işlər naziri Jan-Noel Barrot deyib.
O bildirib ki, Fransa prezidenti Emmanuel Makronun elan etdiyi kimi, Ukraynada qırıcı təyyarələr birinci rübün sonuna qədər peyda görünəcək.
Xatırladaq ki, Emmanuel Makron 2024-cü ilin iyununda “Mirage 2000-5” döyüş təyyarəsini Ukraynaya köçürmək niyyətində olduğunu bəyan etmişdi. Hazırkı məlumata görə, Fransa birinci mərhələdə ölkəyə 6 təyyarə göndərəcək.