This is a specific ad

Fransa Xarici İşlər Naziri: Fransanın “Mirajları” tezliklə Ukrayna üzərində uçacaq

40

Another advertisement

Fransanın “Mirage 2000-5” döyüş təyyarələri Ukraynada yaxın gələcəkdə – bu ilin birinci rübünün sonunda olacaq.

QafqazTürk Media xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

“Fransız Mirajları tezliklə Ukrayna üzərində uçacaqlar”, – Fransanın xarici işlər naziri Jan-Noel Barrot deyib.

O bildirib ki, Fransa prezidenti Emmanuel Makronun elan etdiyi kimi, Ukraynada qırıcı təyyarələr birinci rübün sonuna qədər peyda görünəcək.

Xatırladaq ki, Emmanuel Makron 2024-cü ilin iyununda “Mirage 2000-5” döyüş təyyarəsini Ukraynaya köçürmək niyyətində olduğunu bəyan etmişdi. Hazırkı məlumata görə, Fransa birinci mərhələdə ölkəyə 6 təyyarə göndərəcək.

Sonrakı yazı
29 Yanvar tarixinə olan valyuta məzənnəsi açıqlanıb
Öncəki yazı
Lilo bazarında baş verən yanğının təfərrüatları açıqlanıb