This is a specific ad

Fransa səhiyyəsində tarixi çöküş başladı

94

Another advertisement

Avropanın mərkəzi ölkələrindən biri olan Fransada səhiyyə sistemində böyük çöküş yaşanır.

QafqazTürk xəbər verir ki, təcili yardım xidmətinin qeyri-kafi olması səbəbindən hər ay 100-ə yaxın insan həyatını itirir.

Ölkə daxilində böyük bir problem yaşanarkən, Fransanın Strasburq şəhərində bir xəstəxana işçisi işini itirmək bahasına çökmüş səhiyyə sistemini görüntüləyərək mediaya sızdırıb.

Yutubda yayımlanan sənədli filmdə Fransa vətəndaşlarının saatlarla, bəzən isə günlərlə təcili yardım otaqlarında saxlandığı vurğulanıb.

Digər tərəfdən, xəstəxanalar çarpayı və personal çatışmazlığı səbəbindən təcili olmayan əməliyyatları təxirə salmağa, stasionar xəstələr arasında nisbətən vəziyyəti yaxşı olanları evə buraxmağa başlayıb.

Müayinə haqqının 25 avrodan 50 avroya qaldırılmasını tələb edən təcrübəçilərin ümumrespublika tətilləri böhranın daha da ağırlaşmasına səbəb olub.

Kateqoriya: Dünya
Sonrakı yazı
Türkiyə Kosovaya hərbi qüvvə göndərir
Öncəki yazı
Azərbaycanın tanınmış alimi vəfat etdi