This is a specific ad

Fransa hökuməti Gürcüstanda keçirilən seçkilərlə bağlı bəyanat yayıb

248

Another advertisement

“Biz Gürcüstanda keçirilən qanunvericilik seçkiləri ilə bağlı bu yaxınlarda dərc olunmuş və seçicilərə qarşı “təzyiq, hədə-qorxu və təhdidlər”, bununla yanaşı, “demokratik geri çəkilmə”dən xəbər verən ilk nəticələrdən sonra narahatlığımızı bildiririk”.

QafqazTürk Media xəbər verir ki, bu barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyi  bəyanat yayıb.

Agentliyin bəyanatında o da bildirilir ki, Fransa Gürcüstan hakimiyyətindən səsvermədən əvvəl və səsvermə zamanı aşkar edilmiş pozuntuların vaxtında elan ediləcəyini gözləyir.

“Biz Gürcüstan hakimiyyətinin səsvermədən əvvəl və səsvermə zamanı aşkar edilmiş pozuntuları araşdıracağını, ATƏT və Avropa Şurasının Venesiya Komissiyası kimi tanınan Demokratiyanın Hüquq Yolu ilə Müdafiəsi Komissiyasının tövsiyələrini yerinə yetirməsini gözləyirik.

Əsas azadlıqlara, siyasi plüralizmə və vətəndaş cəmiyyətinə hörmət və mühafizə Gürcüstanın Avropa əsaslarını təsdiq etməsi üçün zəruridir”, – Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Kateqoriya: Dünya, Siyasət
Sonrakı yazı
Müxalifət liderləri diplomatik korpusun nümayəndələri ilə görüşüb
Öncəki yazı
Lavrov: “Tbilisi ilə əlaqələrin genişləndirilməsi təkliflərini müzakirə etməyə hazırıq”